Yuxarı

​Türkiyə prezidenti ölkədə yeni dövlət çevrilişinə cəhdin ola biləcəyini istisna etməyib

Yeni dövlət çevrilişi cəhdinin iştirakçılarına öz məqsədlərinə çatmaq çətin olacaq

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni dövlət çevrilişinə cəhdin ola biləcəyini istisna etməyib və əlavə edib ki, indi hakimiyyət buna daha yaxşı hazır olacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, yeni dövlət çevrilişi cəhdinin iştirakçılarına öz məqsədlərinə çatmaq çətin olacaq, çünki hakimiyyət indi daha ayıq-sayıqdır.

Ərdoğan qeyd edib ki, ölkə kəşfiyyatı qiyam ərəfəsində bir sıra xətalara yol verib.

"Aydındır ki, bizim kəşfiyyatda ciddi boşluqlar və çatışmazlıqlar olub, onları gizlətmək və ya inkar etmək mənasız olardı", - deyə Türkiyə prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi