​Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib

​Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib Ərdoğan bu barədə TBMM sədri ilə görüş zamanı məlumat verib
Region
25 Avqust , 2015 01:34
​Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib

Bakı. 25 Avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmət Yılmazı qəbul edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan görüş zamanı yeni hökumətin qurulmaması səbəbindən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdırıb.

Mətbuat üçün qapalı olan görüş 4 saatdan artıq davam edib.

Məlumatda, həmçinin bildirilir ki, prezident avqustun 25-də Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlunu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi