Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvaya səfər edəcək. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, hazırda səfərə hazırlıq işləri görülür. Məlumata görə, R.T.Ərdoğanın səfərlə bağlı planı son anda dəyişə də bilər.
Qeyd edək ki, sentyabrın 23-də - Qurban bayramı ərəfəsində onillik bərpa-təmir və yenidənqurma işlərindən sonra Moskva Cümə Məscidinin açılışı olacaq. Türkiyə prezidentinin həmin mərasimdə iştirak edəcəyi gözlənilir.