​Türkiyə prezidenti: "Mən nə sünniyəm, nə də şiə"

​Türkiyə prezidenti: "Mən nə sünniyəm, nə də şiə" Rəcəb Tayyib Ərdoğan "Qadın konfransı"nın keçirilməsini təklif edib
Region
14 Aprel , 2016 12:24
​Türkiyə prezidenti: Mən nə sünniyəm, nə də şiə

Bakı. 14 aprel. REPORT.AZ/ "Mən nə sünniyəm, nə də şiə. İslam dünyası üçün ən böyük fitnə məzhəbçilikdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısındakı çıxışında bildirib.

"Bizim dinimiz sülh dinidir. Allah ədaləti, doğruluğu, barışı buyurur, kirli və çirkin işləri qadağan edir. Bizlər müsəlman və islam ölkələri olaraq, sıxıntıya məruz qalanlara yardım etməli, bölücü deyil, birləşdirici olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, çünki bütün münaqişələrdən ən çox zərər görən İslam ölkələridir", - deyə o vurğulayıb.

Türkiyə prezidenti Suriya, İraqda fəaliyyət göstərən PKK və PYD kimi terror təşkilatların İslam dünyasına ziyan vruduğunu da açıqlayıb: "Avropada Brüsseldəki terrordan danışır, ancaq Ankara, İstanbul, Lahordakı terrorlardan söz belə açmırlar. Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti terrorçu qruplaşmalara yanaşmasını dəyişməyə, onlara maddi və silah yardımını dayanadırmağa çağrıram. İslama qarşı terror əleyhinə mübarizəni özümüz aparmalıyıq. Xarici müdaxiləyə arxayın olmamalıyıq. Onlar da oralardakı neft üçün müdaxilə edirlər. Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə islamofobiya ilə üzləşirlər".

Ərdoğan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir müsəlman dövlətinin olmadığını da diqqətə çatdırıb: "Dünya beşdən böyükdür. Bu təşkilatın islahata ehtiyacı var. Ağlamayan körpəyə süd verilməz. Biz də öz haqqımızı tələb etməliyik. Qardaşlığı bütün sahələrdə həyata keçirməliyik".

Türkiyə prezidenti müsəlman qadınların öz problemlərini müzakirə etməsi üçün "Qadın konfransı"nın keçirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi