Türkiyə prezidenti Məkkədə ümrə ziyarəti edib

Türkiyə prezidenti Məkkədə ümrə ziyarəti edib Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti gecə saatlarında Məscidül-Həramı ziyarət edib
Region
16 Fevral , 2017 14:02
Türkiyə prezidenti Məkkədə ümrə ziyarəti edib

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə Məscidül-Hərama gedərək ümrə ziyarətini yerinə yetirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dünən R.T.Ərdoğan Qətərə rəsmi səfərinin yekununda Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedib.

R.T.Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti gecə saatlarında Məscidül-Həramı ziyarət edib. Onlar Kəbə ətrafında dövrə vurublar, sonra isə Səfa və Mərvə təpələrini ziyarət ediblər.

Türkiyə prezidentini ziyarət zamanı həyat yoldaşı Əminə Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar, iqtisadiyyat naziri Nihat Zeybekci, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhəbəri Hakan Fidan müşayiət edib.

Son xəbərlər

Orphus sistemi