Türkiyə prezidenti: “İraqın şimalında, Kandil və Sincarda antiterror əməliyyatına başlamışıq”

Türkiyə prezidenti: “İraqın şimalında, Kandil və Sincarda antiterror əməliyyatına başlamışıq” Bakı. 11 iyun. REPORT.AZ/ “İraqın şimalında, Kandil və Sincar dağlarında antiterror əməliyyatına başlamışıq”.
Region
11 İyun , 2018 16:29
Türkiyə prezidenti: “İraqın şimalında, Kandil və Sincarda antiterror əməliyyatına başlamışıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ “İraqın şimalında, Kandil və Sincar dağlarında antiterror əməliyyatına başlamışıq”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, Türkiyəyə qarşı təcavüzkarlıq edənlər bunun əvəzini ağır ödəyəcəklər: "İndiyədək Afrində 4500 terrorçunu zərərsizləşdirmişik. Şimali İraq, Kandil, Sincar demişdim orada da əməliyyatı başladıq. 20 qırcımızın uçuşu nəticəsində terrorçuların 14 hədəfin məhv etdik. Ancaq hələ bitməyib.

Kandili terror məskəni olmaqdan xilas edirik. “Zeytun budağı” əməliyyatından sonra başladığımız hərəkat uğurla davam edir. Artıq Pilotsuz Uçan Aparatımız və Silahlı Uçan Aparatımız var. Bunlar ABŞ və İsraildən almırıq.

Terror ölkəmizin gündəliyindən tamamilə çıxaracağıq”. 

Son xəbərlər

Orphus sistemi