Türkiyə prezidenti İraqın kürd muxtariyyətinin rəhbəri ilə görüşüb

Türkiyə prezidenti İraqın kürd muxtariyyətinin rəhbəri ilə görüşüb Görüşdə İraq və Suriyadakı vəziyyət müzakirə olunub
Region
26 Fevral , 2017 21:34
Türkiyə prezidenti İraqın kürd muxtariyyətinin rəhbəri ilə görüşüb

Bakı. 26 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kürd Regional Muxtariyyətinin (İKRM) rəhbəri Məsud Bərzanini qəbul edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İstanbulda baş tutan görüş mətbuat üçün qapalı olub və bir saata yaxın davam edib.

Tərəflər İraqda, o cümlədən Mosul və Təll-Əfardakı vəziyyəti, həmçinin regionda PPK terrorçularının mövcudluğunu və Suriya məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi