Yuxarı
    Bağlamaq

    Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb

    Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu vurğulayıblar

    Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-İbadi ilə telefonla danışıb.

    “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı terrora qarşı birgə mübarizə müzakirə edilib.

    Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu, terrorçuluğa bölgənin sabitliyini pozmasına imkan verilməyəcəklərini vurğulayıblar.

    Türkiyə prezidenti və İraq hökumətinin başçısı telefon danışığında 2017-ci ildə öz ölkələri başda olmaqla bütün bölgəyə sabitlik və sülhün gəlməsini arzulayıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi