Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb

Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu vurğulayıblar
Region
31 Dekabr , 2016 09:38
Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-İbadi ilə telefonla danışıb.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı terrora qarşı birgə mübarizə müzakirə edilib.

Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu, terrorçuluğa bölgənin sabitliyini pozmasına imkan verilməyəcəklərini vurğulayıblar.

Türkiyə prezidenti və İraq hökumətinin başçısı telefon danışığında 2017-ci ildə öz ölkələri başda olmaqla bütün bölgəyə sabitlik və sülhün gəlməsini arzulayıblar. 

Son xəbərlər

Orphus sistemi