Türkiyə prezidenti: "Donald Trampa zəng etməyəcəyəm"

Türkiyə prezidenti: "Donald Trampa zəng etməyəcəyəm" Rəcəb Tayyib Ərdoğan: “Razılaşmamıza görə, o, mənə zəng etməli idi”
Region
16 Yanvar , 2018 14:34
Türkiyə prezidenti: Donald Trampa zəng etməyəcəyəm
Aa

Bakı. 16 yanvar. REPORT.AZ/ “Suriya məsələsinə görə ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o, mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.

Türkiyə lideri vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq telefon müzakirələri aparırlar: “Sonuncu dəfə 2-3 gün əvvəl danışmışıq”.

Son xəbərlər

Orphus sistemi