Yuxarı

Türkiyə prezidenti: "Dedik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır"

Türkiyə prezidenti: "Dedik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 3 mart. REPORT.AZ/ “Biz dedik ki, Münbiç nə sizdə olsun, nə də bizdə. Ora həqiqi sahiblərinin olmalıdır”.

“Report” “Ulusalkanal”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqalda jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillersonun Anakaraya səfəri zamanı irəli sürdüyüy təklifi barədə danışarkən deyib.

O, əlavə edib: “Reks Tillerson dedi ki, onları (terrorçu PKK-nın Suriydakı qolları YPG və PYD-ni nəzərdə tutur – red.) Münbiçdən çıxaraq. Münbiçin təhlükəsizliyinin yarısı sizdə olsun, yarsı bizdə. Cavab verdik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır. ABŞ rəsmiləri Barak Obamanın prezidentliyi dövründən bəri Münbiçidə qalmayacaqlarını, ora girənlərin çıxarılacaqlarını, Fərat çayının şərqində yerləşdiriləcəklərini bildirirlər. Verdikləri sözə uyğun olaraq, YPG Münbiçdən çıxmalıdır. Terrorçulara etdiklərinin əvəzini qat-qat artıq ödətdirəcəyik". 

Rusiya ilə Türkiyə arasındakı “S-400” zenit-raket müdafiə sisteminə dair müqavilədən danışan Türkiyə lideri deyib: “Artıq onların bizi tanımaları lazımdır. Biz sözü bir dəfə deyirik. Ruslarla müqavilə bağladığımız üçün o iş artıq bitib. NATO üzvü Yunanıstan da Rusiyadan “S-300” Zenit-Raket Kompkesi alıb. Niyə sanksiya tətbiq etmirlər? Strateji ortaqlarımızdan, eyni ittifaqda yer aldığmız ölkələrdən müttəfiqlik üçün lazım olanı yerinə yetirəcəklərini gözləyirik. Məsələn, müttəfiqimiz olan bir dövlətin terror qruplaşmasını pulsuz silah, hərbi texnika ilə təmin etməsini qəbul etməyimiz mümkün deyil”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi