Türkiyə prezidenti: "Çox qısa zamanda Afrinin əhalisi evlərinə dönəcək"

Türkiyə prezidenti: "Çox qısa zamanda Afrinin əhalisi evlərinə dönəcək" Bakı. 17 mart. REPORT.AZ/ “Bizə dost görünənlər Afrinə girməməyimizi istədilər”.
Region
17 Mart , 2018 14:49
Türkiyə prezidenti: Çox qısa zamanda Afrinin əhalisi evlərinə dönəcək

Bakı. 17 mart. REPORT.AZ/ “Bizə dost görünənlər Afrinə girməməyimizi istədilər”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mardində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mardin əyaləti təşkilatının konfransında deyib.

“Terrorçuların qarşısını ala bildilərmi?! Xeyir. Çox qısa bir zamanda Afrinin əhalisi evlərinə dönəcək. Onların uzun müddət qaçqın vəziyyətində qalmasını istəmirik. Onlara hər cür dəstəyi vermişik və bundan sonra da verəcəyik. Çox qısa zamanda Afrinlə bağlı son müjdəni də eşidəcəksiniz. Orada yük maşını sığa biləcək tunellər qazılıb. Bu tunellər Qərbdən olan dostlarımızın sayəsində tikilib”, - deyə Türkiyə prezidenti vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi