Türkiyə Prezidenti: "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur"

Türkiyə Prezidenti: "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur" Bakı. 21 noyabr. REPORT.AZ/ Corc Soros dövlətləri dağıtmaqla məşğuldur.
Region
21 Noyabr , 2018 20:28
Türkiyə Prezidenti: Corc Soros dövlətləri dağıtmaqla məşğuldur

Bakı. 21 noyabr. REPORT.AZ/ "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur". 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  

O, Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş və “Gəzi hərəkatı” adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

Xatırladaq ki, 2013-cü ilin yayında İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.

Son xəbərlər

Orphus sistemi