Türkiyə prezidenti Çində keçiriləcək “Müasir İpəkyolu” sammitinə dəvət edilib

Türkiyə prezidenti Çində keçiriləcək “Müasir İpəkyolu” sammitinə dəvət edilib İnformasiyaya əsasən, toplantıya 65 dövlətin liderinin iştirakı gözlənilir
Region
28 Fevral , 2017 10:08
Türkiyə prezidenti Çində keçiriləcək “Müasir İpəkyolu” sammitinə dəvət edilib

Bakı. 28 fevral. REPORT.AZ/ Çin Xalq Respublikasının sədri Si Cinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “Müasir ipəkyolu” layihəsi çərçivəsində keçiriləcək sammitə dəvət edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, tədbir mayın 14-15-də Çinin paytaxtı Pekində gerçəkləşəcək.

Toplantıya 65 dövlətin lideri dəvət olunub.

Qeyd edək ki, 2014-cü ildə Cin “İpək yolu İqtisadi Qurşağı Fondu”nu quraraq, bu fonda 40 milyard dollar məbləğində maliyyə ayırıb. Rəsmi Pekin bu layihəyə dəstək məqsədi ilə həmin il 50 milyard dollarlıq sərmayə ilə Asiya İnfrastruktur İnvestisiya Bankını təsisi edib.

Xatırladaq ki, Azərbaycan və Türkiyədə bu bankın üzvüdür. Türkiyənin reallaşdırdığı, Mərmərə, Yavuz Sultan Səlim körpüsü, Bakı-Tbilisi-Qars və Ədirnə-Qars dəmiryolu layihələri müasir İpəkyolunun orta dəhlizini yaradır. 

Son xəbərlər

Orphus sistemi