Yuxarı

Türkiyə prezidenti: “Babam Sarıqamışda donaraq şəhid olub”

Türkiyə prezidenti: “Babam Sarıqamışda donaraq şəhid olub”
© REUTERS/ Brendan McDermid — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 9 yanvar. REPORT.AZ/ “Kəndimizdəki bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı xatirələrini bölüşürdülər. Onlar deyirdilər ki, babamı tüfəngə sarılaraq, donduğunu görüblər”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.

Dövlət başçısı xatırladıb ki, bu gün Sarıqamış hərakatının 103-cü ildönümdür. R.T.Ərdoğan vurğulayıb ki, Sarıqamış bir qələbə, qəhramanlıq dastanıdır: “Ordumuz onda düşmənin deyil, təbiətin qarşısında aciz qalıb. Bu hərəkatda biz böyük bir bölümümüzü soyuğa qurban verdik. Rusiya ordusu onda cəbhədə 30 mindən çox hərbçisini itirmişdi. Kəndimizdə bəzi böyüklərimiz Sarıqamışdan dönəndən sonra mərhum babamla bağlı deyirdilər: “Tüfəngə sarılaraq, donduğunu gördük”. Yaşadıqlarımızdan dərs almaq lazımdır. Mərhum babam da daxil omaqla Sarıqamışın bütün şəhidlərinə Allah rəhmət etsin”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi