Türkiyə prezidenti avqustun ortalarında rusiyalı həmkarı ilə görüşəcəyini açıqlayıb

Türkiyə prezidenti avqustun ortalarında rusiyalı həmkarı ilə görüşəcəyini açıqlayıb Ərdoğan: "Hazırda Türkiyə XİN-in əməkdaşları rusiyalı həmkarları ilə bu mövzuda danışıqlar aparırlar"
Region
23 İyul , 2016 13:30
Türkiyə prezidenti avqustun ortalarında rusiyalı həmkarı ilə görüşəcəyini açıqlayıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Bu il avqust ayın ortalarında Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıram".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "France 24" telekanalına müsahibəsində bildirib. 

"Hazırda Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları rusiyalı həmkarları ilə bu mövzuda danışıqlar aparırlar. Əlbəttə, Türkiyədə yaşanan son hadisələr səfərin vaxtına təsir göstərə bilər. Lakin hesab edirəm ki, gözlənilməz hal baş verməzsə, təxminən avqustun ortalarında görüşəcəyik", - deyə Türkiyə prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi