Yuxarı

Türkiyə Prezidenti Argentinada Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşməyəcək

Türkiyə Prezidenti Argentinada Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşməyəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada keçiriləcək “G-20”liyin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada bildirilib.

Tədbirdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 30-dan dekabrın 2-dək Argentinada “G-20”liyin zirvə toplantısı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi