Yuxarı
    Bağlamaq

    Türkiyə prezidenti: "Almaniya yanlış oynayır"

    Ərdoğan: “Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dolayı, ya birbaşa dəstək verirsiniz”

    Bakı. 16 noyabr. REPORT.AZ/ “Almaniya işini etibarlı görmür. Terror bumeranq kimi dönüb bir gün Almaniyanı da vuracaq”.

    “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

    O, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Türkiyəyə səfərini və onunla görüşünü şərh edərək deyib: “Almaniya yanlış oynayır. Qərb hələ də terrora yataq verir. Terrorçuların etdiklərini və onlara verilən dəstəyi görürük. Bir tərəfdən terror qruplaşmasının nümayəndələrinə dözümlə yanaşacaqsınız, digər tərəfdən də terrora qarşı mübarizəni dəstəklədiyinizi deyəcəksiniz. Elə iş olmaz. Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dolayı, ya birbaşa dəstək verirsiniz. Bu, necə dostluq, necə dürüstlükdür? Biz belə bəyanatlardan çox, terrora qarşı mübarizədə əməli fəaliyyətə üstünlük veririk. Almaniyaya terrorla bağlı indiyədək 4 500 dosye təqdim etmişik. Almaniya onlardan yalnız 6-na baxıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi