Türkiyə prezidenti Afrika ölkələrinə turneyə çıxacaq

Türkiyə prezidenti Afrika ölkələrinə turneyə çıxacaq Yanvar ayına prezidentin, həmçinin İraq və İrana səfərləri nəzərdə tutulub
Region
5 Yanvar , 2015 10:25
Türkiyə prezidenti Afrika ölkələrinə turneyə çıxacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə Afrika ölkələrinə turneyə çıxacaq.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan Afrika turnesi çərçivəsində ilk olaraq Efiopiya, Tanzaniya və Somaliyə səfər edəcək. 

Proqrama ümumilikdə 12 Afrika ölkəsi daxil olacaq. 

Afrika ölkələrinə səfər zamanı ikitərəfli əlaqələrlə yanaşı bu ölkələrdə ilahiyyatçı Fətullah Gülən tərəfindən idarə olunması güman edilən "paralel strukturların" mövcud olması məsələsi müzakirə olunacaq. 

Yanvar ayına prezidentin, həmçinin İraq və İrana səfərləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi