Yuxarı

​Türkiyə prezidenti 15 ildən sonra hökumətin toplantısına sədrlik edib

Nazirlər Kabinetinin bu gün keçirilən toplantısında Atatürkün portreti də divardan asılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı işinə başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, belə tədbir ilk dəfə 1962-ci ildə ölkənin 4-cü prezidenti Camal Gürselin başçılığı ilə keçirilib. Sonuncu dəfə 2000-ci il mayın 12-də isə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl hökumətin toplantısına başçılıq edib.

Məlumata əsasən, iclas "Aksaray"da gerçəkləşdirilib.

Yerli mətbuatın diqqətini çəkən detallardan biri də Atatürkün portretidir. Xəbərdə bildirilib ki, bundan əvvəl həmin sarayda keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Atatürkün portreti asılmayıbmış.

Nazirlər Kabinetinin bu gün keçirilən toplantısında isə onun portreti divardan asılıb.

Toplantıda Türkiyənin ictimai-siyasi və iqtisadi həyatına dair ciddi məsələlər müzakirə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi