Türkiyə prezidenti: "Bizim soyqırım kimi bir ləkəmiz yoxdur"

Türkiyə prezidenti: "Bizim soyqırım kimi bir ləkəmiz yoxdur" Rəcəb Tayyib Ərdoğan: "Bunları bir qulağımızdan alıb, o birindən ötürərik"
Region
15 Aprel , 2015 14:00
Türkiyə prezidenti: Bizim soyqırım kimi bir ləkəmiz yoxdur

Bakı. 15 aprel. REPORT.AZ/ "Bu məsələ ilə bağlı başqa millət və dövlətlərin dəyərləndirmələri bir qulağımızdan girər, o birindən çıxar". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında belə deyib. 

Qazaxıstana səfərə yola düşməmişdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti emənilərin qondarma "soyqırımı" ilə bağlı iddiaları haqda deyib: "Mənim ölkəmdə yüz min erməni yaşayır. Onların heç kimdən fərqi yoxdur. Bu məsələ ilə bağlı müdafiə olunmağa da ehtiyacımız yoxdur. Başqa dövlətlərin, ya da millətlərin dəyərləndirməsi də mənasızdır. Bunları bir qulağımızdan alıb, o birindən ötürərik".

R.T.Ərdoğan Avropa Parlamenitində "erməni soyqırımı" ilə bağlı səsverməyə çıxarılacaq layihə haqda da fikrini bildirb: "Orada hansı qərar qəbul ediləcəyini deyə bilmərəm. Millət və media olaraq, niyə müdafiə mövqeyində olmalıyıq? Bizim soyqırım kimi bir ləkəmiz yoxdur".

Son xəbərlər

Orphus sistemi