Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib, 40 nəfər tutulub

Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib, 40 nəfər tutulub Onlar rüşvət almaqda şübhəli bilinirlər
Region
13 Mart , 2018 14:00
Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib, 40 nəfər tutulub

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.

Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar. 

Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər. 

Son xəbərlər

Orphus sistemi