​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən Özbəkistan və Tacikistan vətəndaşlarını həbs edib

​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən Özbəkistan və Tacikistan vətəndaşlarını həbs edib Xəbərə görə, həmin silahlılar qurduqları məktəbdə uşaqlara təlim keçirmişlər
Region
19 Oktyabr , 2015 14:14
​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən Özbəkistan və Tacikistan vətəndaşlarını həbs edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ İstanbulda İŞİD-ə qoşulmaq istəyən Özbəkistan və Tacikistan vətəndaşı olan 29 silahlı və 24 uşaq tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həmin silahlılar qurduqları məktəbdə uşaqlara təlim keçirmişlər.

Məlumata görə, İstanbulun Terrora qarşı Mübarizə Şöbəsi əksəriyyəti Özbəkistandan olanların yaşadığı məhəllədə əməliyyat keçirib. Özbəkistan və Tacikistandan olan bu adamlar qaçaq yolla Türkiyəyə keçərək, oradan da Suriya və İraqa gedərək, İŞİD-ə qoşulmaq istəyirmiş. 

Xəbərdə bildirilib ki, İŞİD-in Özbəkistandakı qrupları öz sıralarına keçənlərə döyüşlərə qatılacaqları təqdirdə 20-30 min dollar arasında pul ödəniləcəyini vəd edirlər.

Son xəbərlər

Orphus sistemi