​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxlayıb

​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxlayıb Şübhəlilərin 20-si Türkiyədən deportasiya olunub, qalan 21 nəfərin isə bu gün ölkələrinə göndəriləcəyi gözlənilir
Region
6 Noyabr , 2015 10:36
​Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən 41 nəfəri saxlayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ İstanbulda Terrorçuluğa Qarşı Mübarizə və İnformasiya Şöbəsinin ötən gecə Atatürk hava limanında keçirdiyi antiterror əməliyyat nəticəsində 41 sərnişin saxlanılıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar İstanbula Mərakeşin Kasablanka şəhərindən gəliblər. Şübhəlilərdən 40-ı Mərakeş, biri isə Suriya vətəndaşdı. 

Xəbərə görə, dindirmə zamanı onlardan bəziləri Suriyada İŞİD-ə qoşulmaq istədiklərini bildiriblər. Şübhəlilərin 20-si Türkiyədən deportasiya olunub. Qalan 21 nəfərin isə bu gün ölkələrinə göndəriləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi