Türkiyə polisi gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin saxlanılmasından sonra İstanbulda reydlər keçirir

Türkiyə polisi gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin saxlanılmasından sonra İstanbulda reydlər keçirir Saxlanılanlar arasında Qırğızıstan, Misir, Seneqal və Somali vətəndaşları da var
Region
17 Yanvar , 2017 12:17
Türkiyə polisi gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxsin saxlanılmasından sonra İstanbulda reydlər keçirir

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyə polisi "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən Abdulkadir Maşaripovun saxlanmasından sonra İŞİD terror qruplaşmasının üzvlərinə qarşı reydlər keçirir.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

İŞİD özbək qanadının üzvlərinin saxlanılması üzrə əməliyyat İstanbulun beş bölgəsində keçirilib. Terrorçu olduğu ehtimal edilən çox sayda adam saxlanılıb. Saxlanılanlar arasında Qırğızıstan, Misir, Seneqal və Somali vətəndaşları da var.

Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İstanbuldakı "Reina" gecə klubunda terror hadisəsi törədilib. Terrorçunun klub ziyarətçilərini atəşə tutması nəticəsində 39 nəfər həlak olub. Ölənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı da olub. 70 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi