Türkiyə polisi Camal Qaşıqçıya məxsus əşyalar tapıb

Türkiyə polisi Camal Qaşıqçıya məxsus əşyalar tapıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna məxsus avtomobildə jurnalist Camal Qaşıqçıya məxsus olduğu güman edilən əşyalar tapılıb.
Region
23 Oktyabr , 2018 21:05
Türkiyə polisi Camal Qaşıqçıya məxsus əşyalar tapıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna məxsus avtomobildə jurnalist Camal Qaşıqçıya məxsus olduğu güman edilən əşyalar tapılıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, xüsusi təlim keçmiş itlərin yardımı ilə aparılan ilkin axtarış zamanı polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib. Sabah daha ətraflı axtarış aparmaq nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

Xatırladaq ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi