​Türkiyə PKK-nın 190-a yaxın mövqeyini məhv edib

​Türkiyə PKK-nın 190-a yaxın mövqeyini məhv edib Terrorçuların Kandildəki rəhbərləri ərazidən qaçıb
Region
13 Avqust , 2015 18:42
​Türkiyə PKK-nın 190-a yaxın mövqeyini məhv edib

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri iyulun 24-dən etibarən PKK terror təşkilatının və Türkiyə-Suriya sərhədləri yaxınlığındakı "İŞİD"in 190-a yaxın mövqeyini bombalayıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, 120 hərbi təyyarə terrorçuların 190-a yaxın mövqeyini məhv edib.

PKK terrorçularına məxsus 35 yerüstü sığınacaq, 15 mağara, 4 yeraltı sığınacaq, 2 yeraltı silah-sursat anbarı, 2 material anbarı, 4 ağacaltı sığınacaq və çoxlu sayda silah-sursat məhv edilib.

Xəbərdə bildirilib ki, əməliyyatlardan sonra PKK-nın Kandildəki düşərgəsindəki rəhbərliyi 3 yerə bölünərək, yaraqlılarının 1/3-i həmin ərazini tərk edib. Onların bir qismi Suriyanın Cizirə bölgəsinə, PKK-nın başçılarından sayılan Murad Karayılan isə İran ərazisinə qaçıb.

İyulun 24-dən avqustun 12-dək PKK və onun gənclər qolunun, DHKP-Cəbhəsinin (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi), "İŞİD"in 600 üzvü nəzarət altına alınıb, onların 240-ı həbs edilib. 

Son xəbərlər

Orphus sistemi