Türkiyə parlamentinin komissiyası konstitusiyaya dəyişikliklər layihəsini təsdiqləyib

Türkiyə parlamentinin komissiyası konstitusiyaya dəyişikliklər layihəsini təsdiqləyib Layihəyə əsasən, konstitusiyanın 21 maddəsinin dəyişdirilməsi təklif edilir
Region
30 Dekabr , 2016 09:47
Türkiyə parlamentinin komissiyası konstitusiyaya dəyişikliklər layihəsini təsdiqləyib

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisininin (TBMM) Konstitusiya komissiyası konstitusiyaya dəyişikliklər layihəsini qəbul edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, müzakirələr 9 gün sürüb. 

Sonuncu gün isə komissya üzvləri layihə üzərində 17 saat işləyib.

Layihəyə əsasən, konstitusiyanın 21 maddəsinin dəyişdirilməsi təklif edilir. 

Bunlar arasında TBMM-in millət vəkillərinin sayının 550-dən 600 nəfərədək artırılması, seçkilərin 4 ildən deyil, 5 ildən bir keçirilməsi də var.  Dəyişikliklərə əsasən, səlahiyyət müddəti bitən deputatlar yenidən seçilə biləcək. Prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.

Qeyd edək ki, layihəni hakim Ədalət və İnkişaf Partiyası hazırlayıb. Partiyanın 316 millət vəkili dəyişikliklər layihəsini imzalayıb. Layihənin müzakirəsi dekabrın 20-də başlamışdı. 

Son xəbərlər

Orphus sistemi