​Türkiyə parlamentinin keçmiş sədri: "Terrorçu PKK-ya 28 dövlət yardım edir"

​Türkiyə parlamentinin keçmiş sədri: "Terrorçu PKK-ya 28 dövlət yardım edir" Cəmil Çiçək: "Türkiyə 3-5 terrorçu qrupa qarşı mübarizə aparmır"
Region
24 Oktyabr , 2015 11:07
​Türkiyə parlamentinin keçmiş sədri: Terrorçu PKK-ya 28 dövlət yardım edir

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Türkiyədə terror törədən PKK-ya 28 ölkə dəstək verir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, Ədalət və İnkişaf Partiyasının Ankara üzrə millət vəkilliyinə namizədi Cəmil Çiçək Gölbaşı "Müəllimlər evi" vətəndaş cəmiyyətinin üzvləri ilə görüşündə bildirib.

Bir sıra dövlətlərin Türkiyədə törədilən terrorları dəstəklədiyini söyləyən C.Çiçək daha sonra vurğulayıb: "Türkiyədə törədilən terrorun arxasında bəzən eyni qibləyə durduğumuz, bir ittifaqda olduğumuz, bəzən isə hər ikisi bir yerdə olan beynəlxalq güclər durur. "Dövlətin bu qədər əsgəri var, niyə bu iti yuvasına soxmur, yaxud məhv etmir?" kimi düşünmək yanlışdır. Türkiyə 3-5 terrorçu qrupa qarşı mübarizə aparmır. Terrorçu PKK-nın arxasında 28 dövlət durur. Türkiyə bu 28 dövlətə qarşı mübarizə aparır". 

Son xəbərlər

Orphus sistemi