Türkiyə parlamentinin binasında yeni sığınacaq tikiləcək

Türkiyə parlamentinin binasında yeni sığınacaq tikiləcək İsmail Kahraman: "Bu günə uyğun bir sığınacaq yoxdur"
Region
20 Sentyabr , 2016 13:48
Türkiyə parlamentinin binasında yeni sığınacaq tikiləcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində (TBMM) sığınacaq tikiləcək.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri İsmail Kahraman bildirib.

"Bu günə uyğun bir sığınacaq yoxdur. Əvvəllər sığınacaq üçün bir yer ayrılmışdı. Oranın da bu məqsəd üçün yetərli olmadığını gördük. Ona görə də günümüzün tələblərinə, mülki müdafiənin şərtlərinə, normalarına uyğun olaraq bir sığınacaq tikəcəyik", - deyə İ.Kahraman vurğulayıb.

Qeyd edək ki, bu il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı TBMM-in binası bombalanmışdı. 

Son xəbərlər

Orphus sistemi