Türkiyə parlamenti son hadisələrlə bağlı növbədənkənar yığıncaq keçirəcək

Türkiyə parlamenti son hadisələrlə bağlı növbədənkənar yığıncaq keçirəcək Bununla bağlı tələb Cümhuriyyət Xalq Partiyasından gəlib
Region
27 İyul , 2015 17:00
Türkiyə parlamenti son hadisələrlə bağlı növbədənkənar yığıncaq keçirəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinin növbədənkənar yığıncağı keçiriləcək. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin sədri İsmət Yılmaz bu qərarı Cümhuriyyət Xalq Partiyasının (CHP) tələbi ilə verib. 

Belə ki, CHP-nin parlament fraksiyası başqanın Levent Gök, Engin Altay və Özgür Özəl TBMM rəhbərliyindən ölkədə ictimai asayişi təhdid edən terror aktlarının artması səbəbindən zəruri tədbirlərin müəyyənləşdirilməsi məqsədilə millət vəkillərinin iştirakı ilə sorğu keçirilməsini tələb ediblər.   

İ.Yılmaz da Türkiyə Konstitusiyasının 93, TBMM-in daxili nizamnaməsinin 7-ci maddəsini əsas tutaraq, iyulun 29-da saat 17:00-da ölkə parlamentinin növbədənkənar yığıncağın keçirilməsini məqsədəuyğun sayıb. 

Son xəbərlər

Orphus sistemi