Türkiyə parlamenti dövlət çevrilişi cəhdini araşdıracaq

Türkiyə parlamenti dövlət çevrilişi cəhdini araşdıracaq Türkiyə Böyük Millət Məclisində bununla bağlı komissiya yaradılacaq
Region
26 İyul , 2016 20:26
Türkiyə parlamenti dövlət çevrilişi cəhdini araşdıracaq

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyə parlamenti Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdini araşdıracaq.  

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində bununla bağlı komissiya yaradılacaq.

Komissiyada 15 nəfər təmsil olunacaq və hadisələri araşdırmaq üçün üç ay vaxt veriləcək.   

Qeyd edək ki, iyulun 15-də Türkiyədə baş tutmayan uğursuz dövlət çevrilişi nəticəsində 246 nəfər ölüb, 2 mindən insan yaralanıb. 

Son xəbərlər

Orphus sistemi