Türkiyə özünün RƏM sistemini yaratmaq niyyətindədir

Türkiyə özünün RƏM sistemini yaratmaq niyyətindədir İsmayıl Dəmir: "Türkiyənin məqsədi müdafiə təyinatlı məhsulların və onların strateji vacib komponentlərinin 100% yerli istehsal olmasıdır"
Region
25 Aprel , 2016 11:23
Türkiyə özünün RƏM sistemini yaratmaq niyyətindədir

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə özünün raket əleyhinə müdafiə (RƏM) sistemini yaradacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi departamentinin rəhbər müavini İsmayıl Dəmir bildirib.

O, ötən ilin noyabr ayında Ankaranın RƏM sisteminin milli layihəsinin işlənib hazırlanması qərarı ilə əlaqədar olaraq, RƏM sisteminin komponentlərinin istehsalı ilə bağlı 3,4 milyard dollarlıq tenderi rəsmi olaraq ləğv etdiyini xatırladıb.

"Biz layihəni yox, tenderin nəticələrini ləğv etdik. Tezliklə yerli şirkətlərin, o cümlədən "Roketsan" və "Havelsan"ın iştirak edəcəyi yeni mərhələyə daxil olacağıq", - deyə İ.Dəmir "Hürriyyet" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi müdafiə təyinatlı məhsulların və onların strateji vacib komponentlərinin 100% yerli istehsal olmasını təmin etməkdir.

"Türkiyə öz müdafiə sənayesini gec inkişaf etdirməyə başlasa da, indi ümumi dəyəri təxminən 15 milyard dollar aoln məhsul istehsal edirik. Bu sahədə 35 mindən çox adam çalışır", - deyə İ.Demir qeyd edib.

O əlavə edib ki, Türkiyənin müdafiə ixracatı hazırda təxminən 1,67 milyard dollar təşkil edir və yaxın yeddi il ərzində Ankara bu rəqəmi 25 milyarda qədər artırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi