​Türkiyə öz hərbçilərinə Rusiyada istirahəti qadağan edib

​Türkiyə öz hərbçilərinə Rusiyada istirahəti qadağan edib Müvafiq göstəriş bütün növ qoşunların hərbi qulluqçularına şamil edilib
Region
13 Dekabr , 2015 23:55
​Türkiyə öz hərbçilərinə Rusiyada istirahəti qadağan edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Moskva və Ankara arasında davam etməkdə olan gərginlik fonunda öz hərbçilərinə Rusiyada məzuniyyət keçirməyi qadağan edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, əmrə əsasən, hərbçilər istənilən xarici səfər zamanı mütləq icazə almalı və ətraflı məlumat verməlidirlər.

Müvafiq göstəriş bütün növ qoşunların hərbi qulluqçularına şamil edilib.

İki ölkə arasında münasibətlər Rusiya "Su-24" təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşib. Hadisə nəticəsində 1 pilot ölüb, digəri xilas ola bilib.

Rusiya Türkiyəyə qarşı qadağalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi