Yuxarı

​Türkiyə ordusunun hərbçisi girovluqdan azad edilib

Bu haqda baş nazir sosial şəbəkədə məlumat verib

Bakı. 6 yanvar. REPORT.AZ/ Milli İstihbarat Təşkilatının (Türkiyənin Təhlükəsizlik Nazirliyi) apardığı əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin giziri Özgür Örsün girovluqdan azad edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda baş nazir Əhməd Davudoğlu twitter səhifəsində  yazıb: "Suriya ilə sərhəddə qaçaqmalçılara qarşı mübarizədə vəzifəsini yerinə yetirərkən girov götürülən gizirimizi ölkəmizə gətirdik. MİT-in uğurlu əməliyyatı nəticəsində o, öz ocağına döndü. Bu münasibətlə millətimizə göz aydınlığı verirəm".

Xatırladaq ki, gizir Özgür Örsün yanvarın 1-də Suriya ilə sərhəddə - Kilisdə qaçaqmalçılara qarşı əməliyyat zamanı girov götürülmüşdü. Ö.Özgürün "İŞİD" yaraqlıları tərəfindən girov götürüldüyü ehtimal olunurdu.

Lakin hələ onu girov götürənlər haqda rəsmi açıqlama verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi