Bakı. 31 may. REPORT.AZ/ "Etnik və məzhəb ayrı-seçkiliyi etmədən, bütün vətəndaşlarımızın təhlükəsizliyi təmin olunanadək və terror bitənədək mübarizəmiz davam edəcək".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar deyib.
O bildirib ki, terrora qarşı mübarizəni fasiləsiz olaraq davam etdirəcəklər: "Türkiyə Silahlı Qüvvələri bölgədə və dünyada sülhün və sabitliyin qorunması üçün qurulan ittifaqlara dəstək verəcək. Ancaq bu ittifaqlar qurularkən verilən sözlər və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi də unudulmamalıdır".