Yuxarı
    Bağlamaq

    ​Türkiyə ordusuna Suriya ilə bağlı verilən mandatın müddəti uzadılacaq

    CHP də sənədin lehinə səs verəcəyini bildirib

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin Xalq Cümhuriyyət Partiyası (CHP) Suriya ilə bağlı mandatın lehinə səs verəcək.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda partiya qərar qəbul edib. CHP bəyan edib ki, mətndə terrorçu PKK və "İŞİD"in adının vurğulanması, habelə ölkədə baş verən terror aktlarına görə mandatın lehinə səs verəcək.

    Məsələ sentyabrın 3-də Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə ediləcək.

    Qeyd edək ki, bu sənəd Türkiyənin təhlükəsizliyini və bölgədə sabitliyi qorumaq üçün ölkə Silahlı Qüvvələrinə Suriyada terrorçuların zərərsizləşdirilməsi üçün sərhəddənkənar əməliyyatlar keçirməyə icazə verir. Suriya ilə bağlı orduya mandatın verilməsi 2012-ci ildə qəbul olunub və müddət bir dəfə uzadılıb.

    İraqla bağlı mandat isə 2007-ci ildə qəbul edilib, müddəti 6 dəfə uzadılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi