Yuxarı

Türkiyə ordusu Suriyanın bir qəsəbəsini terrorçulardan azad edib

Türkiyə ordusuna koalisiya qüvvələri də dəstək verib

Bakı. 24 avqust. REPORT.AZ/ Suriyanın Kəklicə qəsəbəsi İŞİD terrorçularından azad edilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Kəklicə qəsəbəsi İŞİD-dən təmizlənib.

Məlumata görə, Kəklicə Suriyanın Tükiyə ilə sərhədindən 3 km. aralıda yerləşir. Qəsəbənin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbə endiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi