Türkiyə Ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib

Türkiyə Ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyə Ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.
Region
31 Oktyabr , 2018 16:18
Türkiyə Ordusu Suriyada terrorçuların mövqelərinə zərbələr endirib
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyə Ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonundan Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqeləri haubitsa ilə atəşə tutulub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fəratın şərqində yerləşən terrorçuların mövqelərinə zərbə endirəcəklərini bildirib

Son xəbərlər

Orphus sistemi