Yuxarı

Türkiyə ordusu Suriyada İŞİD-in 80-dən artıq istehkam və düşərgəsini məhv edib

Cerablusun terrorçulardan təmizlənməsi əməliyyatı Fırat kalkanı adlanır

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin artilleriya və aviasiyası Suriyanın Keklice Cerablus rayonunda terrorçu İŞİD qruplaşmasının 80-dən artıq istehkam və düşərgəsini məhv edib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, "F-16" təyyarələri İŞİD-in əvvəlcədən müəyyən edilən 12 obyektinə zərbə endirib, artilleriya isə terrorçuların 70 istehkamını zərərsizləşdirib.

Bu arada Türkiyə ordusunun Cerablusun İŞİD-dən təmizlənməsi istiqamətində apardığı əməliyyatın kod adı məlum olub. Türk ordusu əməliyyatı "Fırat kalkanı" adı altında həyata keçirir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi