Yuxarı

Türkiyə ordusu Suriyada İŞİD-in 44 terrorçusunu məhv edib

Türkiyə ordusu Suriyada İŞİD-in 44 terrorçusunu məhv edib
Bomba yüklu avtomobilin məhv edilməsi nəticəsində isə 117 terrorçu yaralanıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı nəticəsində ötən gün terrorçu İŞİD qruplaşmasının 44 silahlısı məhv edilib. 

“Report” "Anadolu" agentlyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya görə, İŞİD-ə məxsus bomba yüklu avtomobilin məhv edilməsi nəticəsində isə 117 terrorçu yaralanıb.

Qeyd edək ki, “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 40 hərbçisi şəhid olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi