Türkiyə ordusu Suriyada İŞİD-in 107 hədəfinə hava zərbəsi endirib

Türkiyə ordusu Suriyada İŞİD-in 107 hədəfinə hava zərbəsi endirib “Fırat kalkanı” əməliyyatının 154-cü günündə 13 terrorçu zərərsizşləşdirilib
Region
24 Yanvar , 2017 11:13
Türkiyə ordusu Suriyada İŞİD-in 107 hədəfinə hava zərbəsi endirib

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının daha 13 silahlısını məhv edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatın 154-cü günündə terrorçuların 107 hədəfinə hava zərbəsi endirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi