Türkiyə ordusu Suriyada daha 41 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada daha 41 terrorçunu zərərsizləşdirib Terrorçuların 177 istehkamı, sığınacaq yeri, silah anbarı və silah dolu avtomobilləri məhv edilib
Region
13 Yanvar , 2017 12:08
Türkiyə ordusu Suriyada daha 41 terrorçunu zərərsizləşdirib

Bakı. 13 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının 41 silahlısını məhv edib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə vurğulanıb ki, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) antiterror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə qurudan və havadan hücum olub. Nəticədə terrorçuların 177 istehkamı, sığınacaq yeri, silah anbarı və silah dolu avtomobilləri məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi