Yuxarı
    Bağlamaq

    Türkiyə ordusu iki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın silahlısını öldürüb

    Əhməd Davudoğlu: Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb

    Bakı. 14 yanvar. REPORT.AZ/ "İki gündə terrorçu İŞİD qruplaşmasının 200-ə yaxın üzvünü zərərsizləşdirmişik".

    "Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin xarici dövlətlərdəki səfirlərinin toplantısında bildirib.

    Baş nazirin sözlərinə görə, öldürülən terrorçular arasında İŞİD qruplaşmasının liderləri də var: "İstanbuldakı xain terror hücumunun İŞİD tərəfindən törədildiyini təsbit etdikdən sonra Silahlı Qüvvələrimiz 48 saat ərzində terrorçuların Suriya və İraqdakı mövqelərinə top və tanklardan 500-ə yaxın atəş açıb. İraqın Başika rayonunda, bundan başqa, Türkiyənin İraq və Suriya ilə sərhədboyu ərazilərində İŞİD-in mövqelərini imkanımız daxilində vurmuşuq. Bu əməliyyat nəticəsində aralarında İŞDİ-in başçıları da olmaqla, 200-ə yaxın terrorçunu zərərsizləşdirmişik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi