Türkiyə ordusu İŞİD və PYD-nin Suriyadakı mövqelərinə zərbələr endirib

Türkiyə ordusu İŞİD və PYD-nin Suriyadakı mövqelərinə zərbələr endirib Terrorçuların Carabulus və Manbic şəhərlərindəki möqveləri atəşə tutulub
Region
22 Avqust , 2016 21:42
Türkiyə ordusu İŞİD və PYD-nin Suriyadakı mövqelərinə zərbələr endirib

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri İŞİD-in və PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər yayıb.

Məlumata görə, İŞİD terrorçularının Carabulus və PYD-nin Mənbic şəhərinin şimalındakı möqveləri artilleriya atəşinə tutulub.

İtkilər barəsində hər hansı məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi