Yuxarı
    Bağlamaq

    Türkiyə ordusu İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib

    Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatları keçirib.

    Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

    Bildirilir ki, antiterror əməliyyatları Sinat-Haftanin, MetinaHakurk bölgələrində təşkil olunub. Əməliyyatlar zamanı 8 terrorçu zərərsizləşdirilib. Məlumata görə, onlar terror hücumuna hazırlaşırmış.

    Əməliyyatlar zamanı həmçinin terrorçulara məxsus sığınacaqlar da məhv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi