Türkiyə ordusu həftə ərzində 124 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu həftə ərzində 124 terrorçunu zərərsizləşdirib Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyə ərazisində və İraqın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 124 terrorçu zərərsizləşdirilib.
Region
3 Noyabr , 2018 05:24
Türkiyə ordusu həftə ərzində 124 terrorçunu zərərsizləşdirib

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyə ərazisində və İraqın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 124 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, PKK və İŞİD-ə qarşı əməliyyatlar oktyabrın 26-dan Siirt, Diyarbəkir, Mardin, Şırnak, Hakkari, Muş əyalətlərində, həmçinin İraqın şimalında keçirilib.

Əməliyyatın gedişində xeyli sayda silah-sursat məhv edilib, eləcə də terrorçuların 50 atəş nöqtəsi, sığınacaqları və anbarları məhv edilib. Antiterror əməliyyatları zamanı Türkiyə ordusunun 1 hərbi qulluqçusu yaralanıb. 

Son xəbərlər

Orphus sistemi