Yuxarı

Türkiyə ordusu Afrindəki strateji əhəmiyyətli Burseya dağını terrorçulardan təmizləyib - YENİLƏNİB

Türkiyə ordusu Afrindəki strateji əhəmiyyətli Burseya dağını terrorçulardan təmizləyib - YENİLƏNİB
Bombardıman nəticəsində ortaya çıxan partlayışın səsi Türkiyənin sərhəd kəbdlərində eşidilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, bir neçə saat əvvəl Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb. Türkiyə Silahlı Qüvvələri və müxalif "Azad Suriya Ordusu" (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.

Terrorçular Türkiyənin Burseya dağı ilə sərhəddə yerləşən Kilis vilayət mərkəzinə, həmçinin ASO-nun nəzarət etdiyi Suriyanın Azez şəhərindəki mülki şəxsləri raket hücumları ilə hədəfə alıb. Hazırda terrorçulara aid hədəflər havadan və qurudan atəşə tutulub.


***15:21

Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və müxalif "Azad Suriya Ordusu" (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayır.

Terrorçular Türkiyənin Burseya dağı ilə sərhəddə yerləşən Kilis vilayət mərkəzinə, həmçinin ASO-nun nəzarət etdiyi Suriyanın Azez şəhərindəki mülki şəxsləri raket hücumları ilə hədəfə alır. Hazırda terrorçulara aid hədəflər havadan və qurudan atəşə tutulur.

Türkiyə ordusuna məxsus xüsusi təyinatlılar və ASO üzvləri vurulan hədəflər istiqamətində irəliləyir. Terrorçuların atəş nöqtələri tank və top atəşinə məruz qalır.

Bombardmanlar zamanı ortaya çıxan partlayışların səsi Türkiyənin sərhəd kəndlərində eşidilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi