Türkiyə ordusu Afrində daha 34 terrorçu məhv edib

Türkiyə ordusu Afrində daha 34 terrorçu məhv edib Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 1062 terrorçu məhv edilib.
Region
9 Fevral , 2018 14:43
Türkiyə ordusu Afrində daha 34 terrorçu məhv edib

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 1062 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 21-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 34 terrorçusu zərərsizləşdirilib. Terrorçuların sığınacaq yeri, silah-sursat anbarı da daxil olmaqla 19 hədəf məhv edilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi