Türkiyə ordusu Afrində 811 terrorçunu məhv edib

Türkiyə ordusu Afrində 811 terrorçunu məhv edib Aviasiya terrorçuların 14 hədəfini zərərsizləşdirib
Region
2 Fevral , 2018 06:42
Türkiyə ordusu Afrində 811 terrorçunu məhv edib

Bakı. 2 fevral. REPORT.AZ/ Türkiyə silahlı qüvvələri Suriyanın Afrin şəhərində apardığı əməliyyat zamanı terror təşkilatlarının daha 21 üzvünü, əməliyyatın əvvəlindən isə ümumilikdə 811 terrorçunu məhv edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş qərargahının məlumatında bildirilir.

Qeyd olunur ki, Türkiyə aviasiyası "Zeytun budağı" əməliyyatı zamanı PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 hədəfi – sığınacağı, atəş nöqtələrini və silah anbarlarını zərərsizləşdiriblər. Əməliyyatda iştirak edən qırıcılar müvəffəqiyyətlə bazaya qayıdıblar.

Son xəbərlər

Orphus sistemi